Məktəbdən, kompüter salonlarından, yol kənarlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
“Yenigundem”in verdiyi xəbərə görə‚ martın 16-da Qaraçuxur qəsəbəsindəki orta məktəblərin birindən kamera, modem, kameranın yaddaş bloku və kompüter oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Elməddin Camalov və Cəlilabad rayon sakini Fərid Əliyev tutulublar.
***
Martın 17-də Zabrat qəsəbəsi ərazisindəki oyun salonundan 7 ədəd oyun aparatı və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zöhrab Hüseynov və Ramiz Qarayev saxlanılıblar.
***
Martın 5-də rayon ərazisindəki kompüter salonundan 3 ədəd oyun aparatı və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səfərəliyev saxlanılıb.
***
Bülbülə qəsəbəsi ərazisində yolun kənarındakı divara quraşdırılmış 105 ədəd lampanı və 240 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Vadim Biknyayev və Siruz Hacıyev saxlanılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.