Öldürülən fələstinli körpə dəfn edildibackend

İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin gülləsi ilə yaralandığı xəstəxanada həyatını itirən 2 yaşlı fələstinli Məhəmməd et-Təmimi son səfərinə yola salınıb.

Yeni Gundem” xəbər verir ki, Fələstinli körpənin cəsədi çoxlu maşın karvanının müşayiəti ilə İordan çayının qərb sahilinin Ramallah şəhərindəki sağlamlıq mərkəzindən götürülərək ailəsinin Nəbi Salih qəsəbəsindəki evinə gətirilib.

Qəsəbədə keçirilən dəfn mərasimində yerli sakinlərlə yanaşı, fələstinli qrupların nümayəndələri və çoxlu sayda uşaq iştirak edib. Fələstin bayraqları daşıyan uşaqlar müxtəlif şüarlar səsləndiriblər.

Tamiminin cənazəsi dəfn mərasimindən sonra Nəbi Salih qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Fələstin hökumətinin sözçüsü İbrahim Mülhim dəfn mərasimi zamanı Fələstin televiziyasına danışarkən uşaq qətlinin böyük cinayət olduğuna diqqət çəkib.

Fələstinli kiçik uşağın evində oturan atasının qucağında vurulduğunu xatırladan Mülhim, “Bu qətllə bağlı tez bir zamanda beynəlxalq istintaq açılmalı və qatillər cəzasız qalmamalıdır” deyib.

Mülhim bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi də bu məsələ ilə bağlı təsirli və sürətli addımlar atmalıdır.

O, İsrail əsgərlərinin açdığı atəşlə başından vurulub.

Belə ki, iyunun 1-də İsrail əsgərləri İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi Neve Tzuf yaşayış məntəqəsini “atəş açan fələstinliləri tapdıqlarını” əsas gətirərək yaxınlıqdakı Nəbi Salih qəsəbəsinə basqın edib və qəsəbəyə giriş-çıxışları bağlayıb.

Basqın zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 yaşlı Məhəmməd başından, atası Heysəm Təmimi isə çiynindən yaralanıb.

Ağır yaralanan körpə İsrail hərbçiləri tərəfindən vertolyotla İsrailin Şeba Tel HaŞomer xəstəxanasına aparılıb, atası isə Fələstin tərəfində müalicə olunub. Fələstinli körpənin iyunun 5-də xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.

İsrail ordusundan verilən açıqlamada  hücum edənləri tapmaq üçün axtarışlara başladığı qeyd edilib.

Mənbə: TrtHaber

Aynur Camal