İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 20 min 915 nəfər ölüb, 54 min 918 nəfər yaralanıb. Son 24 saatdaisə 241 nəfər ölüb. 382 nəfər yaralanıb.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, bu barədə Qəzzanın səhiyyə nazirinin sözçüsü Əşrəf əl-Qudra yazılı açıqlamasında bildirib.
Kudra bildirib ki, İsrail qüvvələri son 24 saat ərzində Qəzza zolağında daha 241 fələstinlini öldürüb, 382 fələstinlini yaralayıb.
Kudra, İsrailin Qəzzanın cənubundakı Xan Yunus şəhərindəki Nasser Xəstəxanası ətrafındakı ərazini hədəfə aldığına diqqət çəkərək, buranın İsrailin xarabalığa çevirdiyi şimal bölgələrdəki “Şifa” və digər xəstəxanalarla eyni aqibəti yaşamasından narahatlığını ifadə edib.
Beynəlxalq qurumlara müraciət edən Kudra Nasser xəstəxanasını, oradakı tibb işçilərini, xəstələri və yaralıları, minlərlə köçkünü qorumağa çağırıb.
İsrailin Qəzzaya hücumlarının 81-ci günündə Kudra, minlərlə yaralı və xəstənin ehtiyaclarına cavab olaraq Şifa xəstəxanasını yenidən aktivləşdirmək üçün yanacaq və tibbi yardımın çatdırılması üçün beynəlxalq təşkilatların təcili müdaxiləsi çağırışını təkrarlayıb.
Kudra, İsrailin Qəzzanın şimalındakı xəstəxanaları qəsdən hədəfə aldığını, 800 min fələstinlini sağlamlıqdan məhrum etdiyini və yaralıların, xəstələrin, hamilə qadınların və körpələrin ölüm təhlükəsi altında olduğunu açıqlayıb.
Mənbə: TrtHaber
Aynur Camal