Ölkəmizin nüfuzu, dünya dövlətlər içərisində inamın ünvanına çevrilibbackend

Azərbaycan bu gün qlobal problemlərə toxunan, dünya ölkələrini birləşdirən, sülh və əmin-amanlığa çağıran tədbirlərin qovuşduğu önəmli məkanlardan biridir. Ölkəmizin nüfuzu, dövlətimizin tərəf tutmadan sözünün bütövlüyü digər dövlətlər içərisində inamın ünvanına çevrilib. Ölkımizi həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsində zəngin təcrübəsi olan ölkə kimi də tanınır.

Azərbaycan ən böyük tədbirlərdən biri olan COP29-za ev sahibliyinə hazırlaşır və bu hazırlığın nə qədər məsuliyyətlə və dəqiqliklə həyata keçirildiyini yalnız biz deyil, həmçinin digər ölkələr də, müşahidə və müzakirə edirlər.
Əbəs deyil ki, BMT Azərbaycanda COP hazırlıqlarını yüksək qiymətləndirib.
COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır.

2023-cü il, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Prezident 1,5°C-yə uyğun və iqlimə davamlı dünya qurmaq məqsədinə çatmaq üçün Paris Sazişinə uyğun olaraq Qlobal Baxış nəticələrini milli səviyyədə müəyyən edilmiş şəkildə həyata keçirməyin vacibliyini bildirmişdir.

Bu gün dünya gündəminin ən aktual məsələlərindən biri də COP29 beynəlxalq konfransının keçirilməsi və iqlim dəyişkliklərə qarşı mübarizədə nəticələrə nail olunmasıdır. BMT-nin bəyan etdiyi Davamlı inkişaf Məqsədlərinə qoşulan Azərbaycan, qeyd etdiyimiz kimi, milli səviyyədə özünün ekoloji siyasətinin konkret hədəflərini müəyyənləşdiribdir.

5 iyun tarixində, Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində aidiyyəti mövzular müzakirə olunmuş və Azərbaycanın üzərinə götürdüyü böyük missiya barəsində geniş müzakirələr aparılmışdır.
Çıxışlarda COP29 zamanı “Sülh və iqlim dəyişikliyi” mövzusunda müzakirələrin yüksək səviyyədə təşkil ediləcəyinə və bunun konkret nəticələr verəcəyi də ifadə olunmuşdu.

Qlobal iqlim dəyişikliyi bir çox sahələrdə olduğu kimi, beynəlxalq təhlükəsizlik üçün də ciddi çağırışlar yaradır. Qlobal iqlim dəyişikliyi nəticəsində qida və su təchizatında yaranan böhranların potensial münaqişələrə çevrilməsinin qarşısının alınması kimi vacib məsələ də COP gündəliyində əhəmiyyətli yer tutur.

COP29-un perspektiv baxışının əsasında bir beçə məqsəd dayanır:
-COP29 perspektiv konsepsiyasının iki əsas istiqaməti: ambisiyaların artırılması və fəaliyyətə təkan verilməsi
-Fəaliyyətə təkan verilməsi, Maliyyə və İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG)
-Paris Sazişinin 6-cı maddəsi
-İtki və Zərər
-Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC) və Mitiqasiya
-Milli Adaptasiya Planları və Adaptasiya
-İkiillik Şəffaflıq Hesabatları və Şəffaflıq
-Əməkdaşlıq şəbəkələri və tamamlayıcı fəaliyyət

Azərbaycan artıq COP29 -za olan tədbirlərə bir nəticə olaraq həftəlik gündəliklər və tematik günlər müəyyənləşdirərək, işlərini bütün gücü ilə davam etdirir.
Beləliklə, çoxsaylı üzv ölkələri birləşdirən və bir çox BMT qurumlarının və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri hazırlıq tədbirlərində COP29-a sədrliyinə verilən yüksək qiymət və göstərilən etimad Azərbaycanımızın gələcəkdə irəli sürülən konkret təşəbbüslərə dəstək verəcəyini, xüsusilə həssas bölgələrə beynəlxalq dəstəyin yönəldəcəyinə əminik.
Dövlətimizə əmin, Azərbaycanımıza uğurlar diləyirik!