“Ölkənin ən ağır körpəsi” İranda doğulub.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İranın Məşhəd şəhərində 7 kiloqram çəkidə körpə doğulub.
İran dövlət televiziyasına danışan Məşhəd Rezevi Xəstəxanasının Ginekologiya və Doğum Mütəxəssisi Dr. Nigar Ramazanpur mövzu ilə bağlı məlumat verib.
Ramazanpur 4 gün əvvəl dünyaya gələn körpənin 7 kiloqram olduğunu bildirib.
İranın “ən ağır” körpəsinin keysəriyyə ilə doğulduğunu ifadə edən Dr. Ramazanpur bildirib ki, körpənin çəkisi anasının şəkər xəstəsi olması ilə əlaqədardır.
Körpənin ailənin 5-ci övladı olduğunu deyən iranlı həkim onun cinsi və adı ilə bağlı məlumat verməyib.
Mənbə: TrtHaber
Aynur Camal