“Ölüm şüası”nın surəti yaradıldıbackend

12 yaşlı uşaq Arximedin “ölüm şüası”nın surəti yaratdı. Və bunun işlək silah olduğunu sübut etdi.

Ontariodan (Kanada) səkkizinci sinif şagirdi Arximedin “ölüm şüası” adlandırılan şeyin işlədiyini sübut edərək, uzun müddətdir davam edən tarixi mübahisənin həllinə kömək edib.

Gəmiləri yandırmaq üçün günəş şüalarından istifadə etdiyi iddia edilən bu silah eramızdan əvvəl 213-cü ildə Sirakuza mühasirəsi zamanı Roma donanmasına qarşı istifadə edilib.

Yunan tarixçisi Lusianın yazdığına görə, Arximed günəş şüalarını düşmən gəmilərinə yönəltmək üçün Sirakuza körfəzi boyunca güzgülər yerləşdirərək onları yandırırdı. Bu, uzun müddət uydurma hesab olunurdu, 2005-ci ilə qədər Massaçusets Texnologiya İnstitutunun mühəndisləri kompüter modelləşdirməsindən istifadə edərək, dizaynın gəmini cəmi 11 dəqiqəyə yandırmağa qadir olduğunu sübut etdilər.

2006 və 2010-cu illərdə məşhur “MythBusters” televiziya şousunun müəllifləri Arximedin silahını yenidən yaratmağa çalışdılar. Komanda nə qədər çalışsa da, gəmini yandıra bilməyib. Sonra amerikalı eksperimentçilər belə qənaətə gəldilər ki, güzgülərdən yalnız gəmi ekipajlarının diqqətini yayındırmaq üçün istifadə etmək olar.

IFL Science yazır ki, 12 yaşlı Brenden Şener bir sıra konkav güzgülər və LED stolüstü lampalardan istifadə edərək Arximed silahının kiçik nüsxəsini uğurla yenidən yaratdı. O kəşf etdi ki, 50 vattlıq istilik mənbəyini karton vərəqə yönəltmək üçün reflektorlardan istifadə etməklə hədəf temperaturu hər əlavə güzgü ilə üç güzgüyə qədər 2 artırmaq olar.

Dördüncü güzgünün əlavə edilməsi temperaturun 8 sıçrayışı ilə nəticələndi. O, 100 vattlıq lampadan istifadə edərək təcrübəni təkrarlayanda, “hər güzgü üçün temperaturun dəyişməsinin 4-3 güzgü, dördüncü üçün isə əlavə 10 olduğunu” tapdı.

Tədqiqat müəllifi yazır: “Təcrübəmin nəticələrinə əsasən, mən MIT qrupu ilə razıyam və inanıram ki, kifayət qədər güclü istilik mənbəyi və ideal bucaqda fokuslanmış böyük güzgülər ilə yanma mümkün ola bilər”.

Səylərinə görə Şener İllik Kanada Elm Sərgisinin Qızıl Medalı, Fizika Elmində Temza Vadisi Elm və Texnologiya Sərgisi Qızıl Medalı və uşaqların elm və texnologiyaya marağını stimullaşdırdığına görə London Xalq Kitabxanası Mükafatına layiq görülüb. Brenden istedadı ilə ictimaiyyəti heyran edən yeganə gənc mühəndis deyil. Bu yaxınlarda həmçinin Honq-Konqdan olan bir qrup məktəbli, boyu cəmi 14 santimetr olan dünyanın ən kiçik insanabənzər robotunu düzəldiblər.

Mənbə: mail.ru

Aynur Camal