Ombudsmandan təklif: “Müavinətlər artırılsın”backend

“BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsinin, İnsan hüquqları Şurasının və Avropa Şrasının Azərbaycan hökumətinə tövsiyələrini nəzərə alaraq zorakılığa məruz qalan qadınlar üçün regional sığınacaqların ehtiyaca uyğun artırılmasına maliyyə dəstəyi verilməlidir”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan Hüquqları müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman təklif edib ki, real vəziyyət nəzərə alınaraq, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, 3 yaşınadək uşağa qulluğa görə, müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərin uşaqlarına, valideyn himayəsindən məhrum olan uşaqların qəyyumlarına, övladlığa götürülən uşağa, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə nəzərdə tutulmuş müavinətlərin məbləği artırılsın: “Müəyyən təbii fəlakətlər zamanı evi dağılan ev sahibləri nəzərdə tutulmuş müddətdə sənədlərini təqdim etməyib. Ona görə də onların evləri təmir olunmayıb. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə onlara yardım göstərilməsini xahiş edirəm”.