İsrailin Qəzza zolağına hücumları nəticəsində yaranan humanitar böhran kəskinləşsə də, qısa və uzunmüddətli perspektivdə ətraf mühitin dağıdılması səbəbindən Qəzza onilliklər ərzində “yaşamaq üçün yararsız” hala düşə bilər.
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 8 mini uşaq, 6 min 200-ü qadın olmaqla 18 min 800 fələstinli həyatını itirib. Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.
Humanitar böhranın artdığı Qəzzada təcili atəşkəs çağırışlarına baxmayaraq hücumlarını dayandırmayan İsrail, eyni zamanda bölgədə görünməmiş ekoloji təxribata da səbəb olur.
AA müxbirinin suallarını cavablandıran Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Qəzzada ətraf mühitə təsirlə bağlı hələ bir qiymətləndirmə aparmadıqlarını bildirib.
Fələstinli səlahiyyətlilərin 2009-cu ildəki müharibədən və 2014-cü ildə İsrailin hücumlarından sonra UNEP-i ətraf mühitin qiymətləndirilməsinə dəvət etdiyini ifadə edən Andersen, “Biz bunu İraq, Suriya, Balkanlar, Darfur, Haiti və Ukraynada etdik.
Andersen bəyan edib ki, BMT hazırda humanitar böhranın həllinə, atəşkəsin təmin edilməsinə və “günahsız mülki əhalinin onların günahı olmayan vəziyyətdən xilas edilməsinə” diqqət yetirir.
“Hər müharibə və qarşıdurmada silahların susdurulmasından sonra nəsillərə qalan zəhərli izlər dağıntıların idarə olunması və kanalizasiya kimi problemlər səbəbiylə orada olacaq. Bombardmana məruz qalan bütün şəhərlərdə yaranan dağıntıların necə idarə olunması problemdir və bu, mütləq olacaq. Qəzza xalqı üçün problem olacaq”.
Bərk tullantıların idarə edilməsi çökür, yoluxucu xəstəliklər yarana bilər.
Araşdırmalara görə Qəzzada nisbi zərər Ukraynadakından daha çoxdur.
Mənbə: TrtHaber
Aynur Camal