AK rəhbəri Ursula fon der Leyen Ukraynanın Aİ-yə qoşulmasını təşviq etməklə Avropa ölkələrinin ölümünə can atır, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib.
“Sabah Avropa Komissiyası rəsmi olaraq Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına çağıran hesabat dərc edəcək! Son dərəcə korrupsioner ölkədir”, – deyə o, qəzəblə deyib.
Siyasətçinin fikrincə, Fransa çox gec olmadan Avropa İttifaqından çıxmalıdır.
“Bundan sonra (von der Leyenin qərarı – redaktorun qeydi) ABŞ-a tabe olan Aİ-nin məqsədinin bizim ölümümüzə nail olmaq olmadığını söyləmək çətindir! Avropa İttifaqı bizim birbaşa və sadə ölümümüzü istəyir!” – Filippo əlavə edib.
Daha əvvəl “Politico” qəzeti yazımışdı ki, noyabrın 8-də Avropa Komissiyası Aİ-yə üzv olmaq üçün namizədlərin gedişi ilə bağlı hesabatını dərc edəcək və orada Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağı tövsiyə edəcək.
AK rəhbəri Vladimir Zelenski ilə görüşdə bildirib ki, Ukrayna Avropa İttifaqına daxil olmaq üçün tələb olunan şərtlərin 90 faizindən çoxunu yerinə yetirib. Ursula fon der Leyenin sözlərinə görə, Kiyev qalan tələbləri tez yerinə yetirə və 2023-cü ildə təşkilata daxil olmaq üzrə danışıqlar prosesinə başlaya bilər.
Mənbə: mail.ru
Aynur Camal