Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 4 gün qalıb. Namizədlərin seçki öncəsi təbliğat-təşviqat kampaniyası davam etməkdədir. Seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti VI çağırış Milli Məclisin hazırkı deputatlarıdır, Yeni namizədlər də var və onlar cəmiyyətdə rəğbətlə qarşınır. Bu dəfə parlament seçkilərində partiya sədrləri kimlərlə mübarizə aparması ilə bağlı araşdırma etdik.
Siyahıda işsizlər, təqaüddə olanlar, hətta müəllim namizədlərin olması bu seçki kampaniyasını daha da maraqlı edir. Seçkilər və onların nəticələri Azərbaycanın siyasi səhnəsinə təsir edəcək mühüm hadisələrdən biridir və seçicilərin sosial problemlərin həllinə dair gözləntilərinin necə qarşılanacağı maraqla gözlənilir.
XALQ.AZ təbliğat-təşviqat kampaniyası zamanı seçicilərin rəğbətini və vetosunu qazanan namizədlər barədə araşdırmanı oxuculara təqdim edir.
Bu seçkilərdə Qəbələ,Göyçay,Xətai,Sabunçu seçki dairələrində deputatlığa namizəd olan partiya sədrləri kimlərlə mübarizə apardığını təqdim edirik.
İlk olaraq 116 saylı Qəbələ seçki dairəsindən deputatlığa namizəd Azərbaycan Demokratik Maarifçilər Partiyasının sədri Milli Məclisin V və VI çağırışı deputatı olan Elşən Musayevdir. Bəs görəsən Partiyası sədri niyə öncə seçidliyi dairəsindən namizəd olmadı? Seçicilərindən niyə imtina etdi? Bu sullara Elşən Musayevdən cavab almaq olmasada cəmiyyətdə birmənalı olaraq bildirilir ki, Ramiz Mehdiyevin şəxsən xeyr duası ilə Azərbaycan parlamentinə mandat qazanan və bu seçkilərdə Zaqatala seçicilərinə vədlərini əməl etməyən hətta kəskin etirazı ilə qarşılaşan Elşən Musayev bu dəfə başqa seçimi də yox idi və ele bu səbəbdəndə yeni dairədən namizəd elan edildi.Elşən Musayev dairəsində YAP-ın namizədi məktəb direktoru ilə,orta məktəb müəllimi ilə , dizayner, sürücü və işsizlərlə mübarizə apardığını görürük. Təcrübəli siyasətçi imici yaradan Partiya sədri bu seçkilərdə qalib olacağı vurğulansada sürpiz hadisənin olacağı heç kəsdə şübhə doğurmur.
Digər Partiya sədri isə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən ƏHD Partiyasının lider namizədi Qüdrət Həsənquliyevdir. Tək seçildiyi dairənin deyil cəmiyyəti narahat edən məsələri Ali tribunadan müzakirəyə səbəb olacaq qədər kəskin çıxışlar edərək Milli Məclisinin aktiv deputatı olan Qüdrət Həsənquliyev bu dairədən seçicilərinin rəğbətini qazanmışdır. Partiya sədri dairədən 6 digər namizədlə mübarizə aparsada onlarən seçilmək şansı bu seçkilərdə yoxdur.
27 saylı Sabunçu ikinci seçki dairəsindən parlament seçkilərində AMİP-in deputatatlığa namizədi partiya sədri Arzuxan Əlizadədir. Arzuxan Əlizadədə YAP-ın namizədi məktəb direktoru ilə mübarizə aparır digər 6 namizəd haqqında isə açıq axtarış sistemlərindən məlumat əldə etmək olmadı .
20 ildir deputat olan əvvəllər partiya sədri olmuş lakin bu seçkilərdə bitərəf kimi qatılan Sabir Hacıyev yenədə Göyçayın deputatı olmaq üçün 91 saylı seçki dairəsindən YAP-ın namizədi Gənclər evinin direktoru ilə, işsiz namizədlə, qaz istismar idarəsinin mühəndisi ilə, Göyçay su kanal sahəsinin əməkdaşı ilə seçkilərdə mübarizə aparır. Bir az şübhəli görünsədə bu gərcəkdir.