Onlarla fanatik yəhudi Məscidül-Əqsaya basqın etdibackend

Onlarla fanatik yəhudi İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.

“Yeni Gundem” xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, fanatik yəhudilər çox sayda İsrail polisinin himayəsi altında Meqaribe qapısından Hərəmi-Şərifə daxil olublar.

Basqın zamanı fanatik yəhudilər Məscidül-Əqsanın həyətində mərasim təşkil ediblər.

Qüds İslam Vəqfləri İdarəsinin suverenliyi pozulumaqda davam edir.

Xatırladaq ki, 26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanan sülh müqaviləsinə əsasən, Məscidül-Əqsa və Qüdsdəki vəqflər İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.

Daha əvvəl Qüds İslam Vəqflər İdarəsinin icazəsi ilə Məscidül-Əqsanı ziyarət edən yəhudilər, İsrailin 2003-cü ildən bəri Vəqflər İdarəsinin suverenliyini pozan birtərəfli qərarı çərçivəsində polisin müşayiəti ilə müsəlmanların müqəddəs hərəminə daxil olublar.

İsrail hakimiyyətinin bu birtərəfli qərarını tanımayan Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyini pozan bu cür girişləri “basqın” kimi xarakterizə edir.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsa müsəlmanların ilk qibləsi olma xüsusiyyətinə malikdir.

Yəhudilər “Süleyman məbədi”nin Qiblə Məscidi və Kubbetu Sahara Məscidi ilə yanaşı, muzey, mədrəsələr və geniş həyəti özündə birləşdirən Məscidül-Əqsa Kompleksinin altında qaldığı iddiası ilə qazıntı işləri aparırlar.

Mənbə: TrtHaber

Aynur Camal