Operativ Qərargah: Konsert keçirən restoranların rəhbərləri cəzalandırılacaqbackend

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair məlumat yayıb.

Qərargahdan “Yeni Gündəm”-ə verilən məlumata görə, Operativ Qərargahın koronavius (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin təbiq edilməsi, vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində Azərbaycan bu sahədə ən uğurlu ölkələr sırasındadır.

Qeyd olunub ki, xüsusi karantin rejiminin tətbiqi sahəsində əldə olunmuş müsbət tendensiya peyvəndləmə prosesində də müşahidə olunmaqdadır: “Azərbaycan peyvəndləmənin başladığı ilk ölkələr sırasında olub. Vətəndaşların ölkəmizə gətirlmiş peyvəndlərə yüksək etimadı təmin olunub və hazırda peyvəndləmə prosesi yüksək sürətlə davam edir. Görülmüş operativ tədbirlər nəticəsində yoluxmaların sayının azalması, sağalanların sayının yoluxanların sayını üstələməsi, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq Operativ Qərargah mayın 31-dən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlayıb və yumşalmaya dair qəbul edilmiş qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunacaq. Eyni zamanda, müsbət tendensiyanın saxlanılması mövcud karantin qaydalarına ciddi riayət etmək sayəsində mümkündür”.

“Ancaq, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb. Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıblar.

Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək. Operativ Qərargah fiziki, hüquqi və vəziəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək”- deyə Qərargahdan bildirilib.
“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, burada bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır:

“Çünki bəzi məsələləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, siz bunu 3 dəfə qaldırıbsınız, daha bunu qaldırmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələmi qaldıracağımı hansısa məmur müəyyən etmir. Mənim qaldrıdığım məsələləri seçiciləim müəyyən edir. Seçicim gəlir mənə müraciət edir ki, I Qarabağ müahribəsi qazisidir, əlində məhkəmə kağızı var. Amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm deyir baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın. Hələ bir sayırlar da, neçə dəfə çıxış edilib. Bu sözlərin müəllifləri kim olduqlarını anladı”.

Komitə sədri həmçinin bəzi məmurlara deputatlarla danışığına fikir vermələrini bildirib:

“Dövlət məmuru ilk öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslublarına diqqət etsinlər. Əgər onlar buna əməl etməsələr bundan sonra mən onların adlarını da çəkəcəyəm”.

Deputat onu da qeyd edib ki, Göytəpə arxeoloji parkı qurulmur:

 

“Bununla bağlı Prezidentin sərəncamı var. Niyə həmin sərəncam yerinə yetirilmir? Buna cavab verin!”