Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovanın 175 nömrəli körpələr evi-uşaq bağçasının (“Şənlik” uşaq bağçası) müdiri vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.
Pravda.az-ın xəbərinə görə, o, pensiya yaşına çatması ilə əlaqədar işdən çıxmaq üçün ərizə yazıb. Elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb, Z.Əsədova vəzifəsindən azad olunub.
Qeyd: O, avqustun sonlarında 2024-2025-ci tədris ili ilə əlaqədar bağçaya qəbulu həyata keçirib və valideynləri qəbul edib, sənədlərə baxış keçirib.
Xatırlatma: Z.Əsədovanın vəzifəsindən azad edilməsi ilə bağlı ilk xəbəri “Qaynarinfo.az” saytı yayıb. Məlumatda bildirilir ki, bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.