Ordu ilə hökumət arasında böhran dərinləşdibackend

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich Müharibə kabinetinin üzvü Benni Qantsı hədəfə alıb və Qəzza zolağı ilə bağlı “strategiyaların” Təhlükəsizlik Kabinetində müzakirə olunmasını tələb edib.

İsraildə oktyabrın 7-dən sonra yaradılan Hərbi Nazirlər Kabineti ilə Hökumət Kabineti arasında böhran dərinləşir.

Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı hökumətin maliyyə naziri Smotrich, Müharibə Kabinetinin üzvü və keçmiş müdafiə naziri Qantsı hədəf alıb.

Qəzza ilə bağlı “strategiya və qərarların” Döyüş Nazirləri Kabinetinin yerinə Hökumət və Təhlükəsizlik Kabinetində müzakirə edilməsinə çağıran Smotrich,

 “Qəzzanın gələcəyi ilə bağlı qərarlar yalnız hökumətdəki bütün partiyaların təmsil olunduğu Siyasi və Təhlükəsizlik Kabineti tərəfindən qəbul edilməsini tələb edirik və bu tələbi israrla davam edəcəyik” deyə vurğulayıb.

Maraqlıdır ki, Smotriçin çağırışı Netanyahunun Qəzza zolağına hücumların nəticələrinin təfərrüatlarının Müharibə Nazirlər Kabinetində müzakirəsini ləğv etməsindən sonra olub.

Məlumatda bildirilir ki, Smotriç də daxil olmaqla, koalisiya hökumətinin nazirləri Netanyahu və Gantz, eləcə də müdafiə naziri Yoav Gallantdan ibarət Müharibə Kabinetində iştirak edə bilməzlər. Qəzza ilə bağlı qərarlar, xüsusilə də əsir mübadiləsi, Hərbi Nazirlər Kabinetində müzakirə edilir.

Mənbə: TrtHaber

Aynur Camal