Ordumuz irəlilədi: Göyçə gölünün beş addımlığında – Möhtəşəm görüntübackend

Ermənistan ordusunun son günlərdə Azərbaycanın mövqelərinə qarşı təxribatı ona baha başa gəldi. Düşmənin təxribatçı addımlarına qətiyyətlə cavab verildi. Bu qətiyyətli cavab həm də Azərbaycan ordusunun yeni mövqelərdə möhkəmlənməsini də əhatə etdi.

REAL TV Ermənistanın təxribatının qarşısının alındığı yerdən reportaj hazırlayıb.

Düşmən təxribatına qətiyyətlə cavab verildiyi həmin yerlərdə artıq Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

“Yeni Gundem” həmin reportajdan kadrları təqdim edir: