Oruc zamanı orqanizmə necə kömək edək?backend

Oruc zamanı bədəninizə vitamin və mineral kompleksləri ilə kömək etmək vacibdir. Moskva Şəhər İnformasiya Agentliyi yazır ki, Qidalanma və Biotexnologiya üzrə Federal Tədqiqat Mərkəzinin dietoloqu və terapevti Tatyana Solntseva bu dövrdə sağlam qaydalardan danışıb.

“İnsanın hər gün stress keçirdiyi və yuxusuzluqdan əziyyət çəkdiyi nəhəng bir metropolda oruc tutmaq orqanizm üçün sınaq, maddələr mübadiləsimiz üçün stressdir”, – deyə mütəxəssis bildirib. Solntseva əlavə edib ki, gündəlik pəhrizi düzgün hesablamaq lazımdır ki, insan sağlamlığına zərər vermədən oruc tuta biləsiniz.

 O deyir ki, ilk növbədə, tələb olunan protein qəbulunu artırmaq vacibdir. Solntseva bitki mənşəli zülalın yalnız 60-80 faiz, göbələklərdən olan zülalın isə cəmi 30 faiz udulduğunu qeyd edib.

Bundan əlavə, bədən kifayət qədər miqdarda vitamin saxlamalıdır. Dietoloq oruc tutan hər kəsə ayrıca vitamin və mineral kompleksləri qəbul etməyi və kalorili proqramlardan istifadə etməyi tövsiyə edib.

Allergiyadan əziyyət çəkməyən insanlar iftar zamanı qidalarının həmçinin avokado və qoz-fındıqla zənginləşdirə bilər. “Paxlalılar haqqında unutmayın və karbohidratlı qidalarla – kartof, marmelad ilə həddindən artıq yeməyin” həkim deyib.

Mənbə: MosLenta

Aynur Camal