Los-Ancelesin “Dolbi” teatrında Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi keçirilib.
“Yeni Gündəm”in məlumatına görə, tədbir nüfuzlu mükafata namizədlərin, eləcə də qonaqların qırmızı xalı gedişindən başlayıb.
Daha sonra qaliblər müəyyənləşib:
Ən yaxşı ikinci plan aktyoru – Bred Pitt (“Bir dəfə… Hollivudda”)
Ən yaxşı cizgi filmi – “Oyuncaqların hekayəsi 4”
Ən yaxşı orijinal ssenari – “Parazitlər” filmi, Bon Cun-xo
Ən yaxşı qısametrajlı animasiya filmi – “Saça olan sevgi”
Ən yaxşı uyğunlaşdırılmış ssenari – “Dovşan Coco”, Tayka Vaytiti
Ən yaxşı rejissor – Bon Cun Xo (“Parazitlər”)
Ən yaxşı kostyum dizaynı – “Kiçik qadınlar”, Jaklin Durran
Ən yaxşı sənədli film – “American Factory”
Ən yaxşı qısametrajlı sənədli film – “Learning to Skateboard in a Warzone”
Ən yaxşı ikinci plan aktrisası – Lora Dern (“Evlilik hekayəsi”)
Ən yaxşı səs montajı – “Ford Ferrariyə qarşı”, Donald Silvestr
Ən yaxşı səs kombinasiyası – “1917”, Mark Teylor və Stüart Uilson
Ən yaxşı film – “Parazitlər”, rejissor Bon Cun Xo
Ən yaxşı film montajı – “Ford Ferrariyə qarşı”, Maykl MakKuser, Endrü Baklend
Ən yaxşı operator işi – “1917”, Rodcer Dikins
Ən yaxşı quruluşçu rəssam işi – “Bir dəfə… Hollivudda”, Barbara Linq, Nensi Hey
Ən yaxşı vizual effektlər – “1917”, Qiyom Roşrom, Qreq Batler və Dominik Tui
Ən yaxşı qrim və saç düzümü – “Qalmaqal”, Kadzu Hiro, Enn Morqan və Vivian Beyker
Ən yaxşı xarici film nominasiyası – “Parazitlər”, rejissor Bon Cun Xo
Ən yaxşı qısametrajlı film – “The Neighbors’ Window”, Marşall Karri
Ən yaxşı orijinal mahnı – “I’m Gonna Love Me Again” (mus: Elton Con, söz: Berni Topin), “Roketmen” filmi üçün
Ən yaxşı kişi aktyoru – Hoakin Feniks (“Coker” filmi)
Ən yaxşı film musiqisi – “Coker”, Hildur Qudnadouttir
Ən yaxşı aktrisa – Rene Zellveqer, “Cudi” filmi