Oturaq həyat tərzinin təhlükəli nəticələribackend

Rusiyalı həkim Pavlova əsasən oturaq həyat tərzi keçirən uşaqlarda yaranan ürək problemləri barədə xəbərdarlıq edib.

“Yeni Gundem”xəbər verir ki, endokrinoloq, tibb elmləri namizədi Zuxra Pavlova bu barədə Telegram kanalında yazıb.

Endokrinoloq izah edib ki, oturaq həyat tərzi ürəyin sol mədəciyinin çəkisinin artmasına səbəb olur və gənc yaşda bu orqanın fəaliyyətini pozur. Nəticədə, böyüklər kimi, bədən çəkisi və təzyiqindən asılı olmayaraq, insanlarda insult və ürək xəstəlikləri riski iki dəfə çoxdur.

Həkim bildirib ki, gün ərzində idmanla kiçik fasilələrin köməyi ilə mənfi təsirləri neytrallaşdırmaq olar.

Mənbə: Lenta.Ru

Aynur Camal