BBC xəbər verir ki, Pakistan İranın “Ceyş əl-Ədl” qruplaşmasının mövqelərinə hücumu zamanı bu ölkənin hava məkanının pozmulasını qətiyyətlə pisləyib.
Məluamat görə, İslamabad hücumdan bir saat sonra sərt bəyanat yayaraq, İranın bu addımının nəticələri barədə xəbərdarlıq edib.
Bəyanatda deyilir:
“İran Silahlı Qüvvələrinin Pakistanın hava məkanını əsassız şəkildə pozmasını və Pakistan ərazisi daxilində iki günahsız uşağın ölümü, üç qızın isə yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyirik. Pakistanın suverenliyinin kobud şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər”.
Mənbə: Azad İran
Aynur Camal