Pakistan və Əfqanıstanda 6,5 bal gücündə zəlzələ nəticəsində azı 9 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
“Yeni Gundem” xəbər verir ki, hazırda ölən və yaralananlar barədə yalnız Pakistan məlumat yayır. Xüsusilə, rəsmilərin məlumatına görə, Pakistanın şimal-qərbində müxtəlif ərazilərdə damların uçması nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb.
Zəlzələnin episentri Əfqanıstanın Pakistan və Tacikistanla həmsərhəd olan dağlıq Hindukuş bölgəsində qeydə alınıb. Yeraltı təkanlar Tacikistanda da hiss olunub.
Fərahim Rəhimov