Panamada qorxulu anlar!backend

Mərkəzi Amerika ölkəsi Panamada mədənlərin idarə olunması müqaviləsinə etiraz edən ətraf mühit fəallarına silahlı hücum edilib.

ABŞ vətəndaşı, 77 yaşlı vəkil Kennet Darlinqton, Çame şəhərindəki Panamerikan şossesində avtomobil şinlərinin barrikada kimi yola qoyulmasına əsəbiləşib, avtomobilindən düşüb, təkərləri götürüb atıb.

Darlinqton cibindən silahı çıxararaq “Bu etiraz bu gün başa çatır” deyib.

Fəalların “Birini öldürəcəksən?”, “Birinci olmaq istəyirsən?” sözlərinə cavab olaraq,  Darlinqton iki fəalı, Abdiel Diaz və İvan Rodrigezi silahı ilə güllələyib. Diaz hadisə yerində, Rodriges isə aparıldığı xəstəxanada dünyasını dəyişib. Polis tərəfindən hadisə yerində saxlanılan Darlinqton qətl və qanunsuz silah saxlamaqda ittiham olunur.

Xatırladaq ki, Panama hökumətinin Kanadada yerləşən First Quantum Minerals şirkəti ilə mis mədənini ən azı 20 il işlətmək üçün bağladığı razılaşmaya qarşı etirazlar oktyabrın 20-dən bəri davam edir. Fəallar bildirirlər ki, müqavilə həm dövlətə, həm də ətraf mühitə ciddi ziyan vurur.

Mənbə: hurriyyət.tr

Aynur Camal