Papa Fransisk kitabında onu öldürmək istəyənlərdən danışdıbackend

Katoliklərin ruhani lideri Papa Fransisk “Həyat: Tarix boyu hekayəm” adlı kitabında bəzi təəccüblü detalları açıqlayıb. Papa bildirib ki, Vatikanda onun müalicəsi zamanı öləcəyinə və ya istefaya getməsinə ümid edən insanlar var.

Katolik Kilsəsinin lideri kimi 11-ci ilini tamamlayan Papa Fransiskin həyatından bəhs edən “Həyat: Tarix boyu hekayəm” adlı kitabdan bəzi mühüm detallar çatdırılıb.

İtaliyanın “Corriere della Sera” qəzetinin “Vatikanda mənim ölümümə ümid bəsləyənlər var” başlıqlı xəbərində Papanın son illərdə tez-tez xəstəxanaya getməsinə işarə edərək, bu sözləri yer alıb: “Bəziləri siyasətlə və təbliğatla çox maraqlanırdılar. Onlar az qala yeni Konklav (Papa Seçkisi) haqqında düşünürdülər. Sakit olun, bu insani vəziyyətdir. Şoka düşməyə ehtiyac yoxdur. Çətin anlara baxmayaraq, istefa vermək haqqında heç vaxt düşünməmişəm.

Papa Fransisk müalicə üçün xəstəxanaya getdiyi zaman onun öləcəyini və ya istefa verəcəyini gözləyənlərin olduğunu bildirərək, ciddi fiziki maneə olmadığı təqdirdə vəzifəsindən getməyi düşünmədiyini bildirib.

Mənbə: TGRT

Aynur Camal