Papa Fransisk Qəzzada baş verənlər üçün dua etdibackend

Papa Fransisk ümumi auditoriya zamanı İsrailin özünü müdafiə etmək hüququnu təsdiqləyib, lakin o, zorakılığın sərhəd münaqişəsini həll edib-etməyəcəyini şübhə altına alıb.

Papa bu sözləri çərşənbə günü Vatikanda müqəddəs Jozefina Baxitanın həyatı haqqında moizə etdikdən sonra ictimaiyyətlə keçirdiyi həftəlik Ümumi Auditoriyada çıxışı zamanı deyib.

Papa Fransisk çıxışından sonra deyib: “İsrail və Fələstində baş verənləri göz yaşları və təşvişlə izləməyə davam edirəm: çoxlu insan öldü, digərləri yaralandı. Bayram gününün matəm gününə çevrildiyini görən ailələr üçün dua edirəm və girovların dərhal azad edilməsini xahiş edirəm”.

Qeyd edilib ki, bölgədəki katolik liderlər keçən həftəki hücuma cavab olaraq İsrailin antiterror səylərindən sonra atəşkəs üçün dua edirlər.

Papa həmçinin, Qəzzada çoxlu günahsız fələstinlilərin olduğu ümumi mühasirədən çox narahat olduğunu bildirib.

Xatırladaq ki, cümə axşamı səhər saatlarına olan məlumata görə, İsrail Müdafiə Qüvvələri 1200-dən çox israillinin öldüyünü və ən azı 3000 nəfərin yaralandığını bildirib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ölümlərindən əlavə, şənbə səhərindən bəri 1203 fələstinli həlak olub, 5763 nəfər isə yaralanıb.

Mənbə: FoxNews

Aynur Camal