Paraqvayda fabrikdə partlayışbackend

Cənubi Amerika ölkəsi Paraqvayda fabrikdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb. Dövlət Sosial Təminat İnstitutunun (IPS) Səhiyyə İdarəsinin rəhbəri Karlos Moriniqo mətbuata açıqlamasında bildirib ki, paytaxt Asunsiona bağlı San Lorenzo şəhərində kolbasa fabrikində ammonyak sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfərin öldüyünü, 41 nəfərin yaralandığını bildirən Moriniqo xəstəxanada müalicə alan yaralılardan 9-nun intubasiya edildiyini qeyd edib.

Karlos Moriniqo partlayışla bağlı araşdırmalara başlanıldığını bildirib və ölən işçinin ailəsinə başsağlığı verib.

Mənbə: TGRT

Aynur Camal