Parislilər Olimpiya Oyunları zamanı evdən işləməyə təşviq etdilərbackend

Fransanın paytaxtı Paris 26 iyul-11 avqust tarixlərində Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşarkən, bu müddət ərzində şəhər sakinlərini evdən işləməyə təşviq etmək üçün metro stansiyalarına plakatlar asılıb.

2 milyon olan Parisin əhalisi ictimai nəqliyyat şəbəkəsinə qoşulan ətraf şəhərlərin sakinləri ilə 12 milyona yüksəlir.

Olimpiada üçün 15 milyon turistin gələcəyi gözlənilən şəhərdə hazırda sürücülərin olmaması, metro və qatar xidmətlərində gecikmələr səbəbindən ictimai nəqliyyatda ciddi sıxlıq yaranıb. Olimpiada zamanı artacaq əhali sıxlığı səbəbindən mövcud problemlərin daha da pisləşəcəyi proqnozlaşdırılır.

Bu müddət ərzində ictimai nəqliyyatda mümkün sıxlığın qarşısını almaq üçün hökumət yanvarın 29-da Parisliləri Olimpiada zamanı evdən işləməyə təşviq etmək üçün kampaniyaya başlayıb.

Kampaniya çərçivəsində Parisdə metro və şəhərətrafı qatar stansiyalarında “Evdən işləmək (Olimpiya) Oyunlar zamanı vaxta qənaət etmək üçün vacibdir” sözləri yazılmış plakatlar asılıb.

Plakatlarda olimpiada zamanı vətəndaşlara və turistlərə ictimai nəqliyyat səfərlərini əvvəlcədən planlaşdırmağa kömək edəcək vebsayt haqqında məlumatlar da yer alıb.

Mənbə: TrtHaber

Aynur Camal