Parkda tapdığı çanta bəla oldu!backend

ABŞ-ın Konnektikut ştatının Trumbull şəhərində bankın yaxınlığındakı parkda pulla dolu çanta tapan Robert Withington pulu polisə çatdırmayıb.

“Yeni Gundem” xəbər verir ki, iğurluqda təqsirli bilinərək həbs edilən 56 yaşlı kişinin tapdığı çantanın parkın yaxınlığındakı banka məxsus olduğu məlum olub.

Pulla dolu çantada bankın emblemi olmasına baxmayaraq pulu polisə və ya banka qaytarmayan Withington həbs edildikdən qısa müddət sonra sərbəst buraxılsa da, sentyabrda məhkəmə qarşısına çıxacaq.

Oğurluq ittihamı ilə mühakimə olunan Withington-un günahı sübuta yetirilərsə, çantada olan eyni miqdarda pula məhkum ediləcəyi gözlənilir. Withington-un parkda tapdığı çantada təxminən 5 min dollar pul olub.

Mənbə: TGRT

Aynur Camal