Aparıcı İlqar Mikayıloğlu açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, o, aparıcılığını etdiyi “Günə bax” verilişində yolda qadın sürücülərdən ehtiyat etdiyini bildirib:
“Mən qadın sürücülərdən ehtiyat edirəm. Amma özümdən də ehtiyatlanıram”.
Bu sözlərin ardınca aparıcının həyat yoldaşı Zülfiyyə Bayramova “İlqar, deməyim də…” ifadəsini işlədib. Onun ardınca isə İlqar Mikayıloğlu “Parkinq etməyi mənə Zülfiyyə öyrədib” sözlərini deyib.