“Parkinson” xəstəliyi beyində yox, bağırsaqda yaranırmışbackend

Aparılmış son tədqiqatlar “Parkinson” xəstəliyinin bağırsaqlarda başladığını göstərib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, beynin sinir hüceyrələrinə təsir edərək motor və koqnitiv pozğunluğa səbəb olan “Parkinson” xəstəliyinin başlamasından bir neçə il əvvəl beyində “Lyui cisimləri” adlandırılan zülal yığınları əmələ gəlir.

Araşdırmalar zamanı məlum olub ki, bu laxtalar bağırsaqlarımızın sinir sistemində də yaranır.

Qastroparezi, disfagiya, qəbizlik və ya irritabl sindromu olan insanlar arasında “Parkinson” xəstəliyi diaqnozu daha çox, apendiksi çıxarılanlar arasında daha az rast gəlinib.