Parlamentdə şəhidlərin ruhu yad edildibackend

“Bu günlərdə Azərbaycan xalqı 30 ildir həsrətlə gözlədiyi günləri yaşayır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr təəssüflə qeyd edib ki, müharibə itkisiz olmur: “Biz də bu müharibədə itkilər verdik”.

Sonra şəhid olmuş insanların xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib.