Parlamentə əl qumbarası atıldıbackend

Parlamentə girərək bir-bir əl qumbaraları atdı.

Ukraynanın Zakarpatya vilayətində bir millət vəkilinin Keretski Kənd Sovetinin binasına qumbara atması nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb. Hadisə yerindən görüntülər görənlərin qanını dondurub.

Ukraynanın Zakarpat vilayətində yerləşən Keretski Kənd Sovetinin binası qan donduran anların şahidi olub.

Sessiya zamanı zala daxil olan deputat bir müddət çıxışları izləyib və cibindən çıxardığı əl qumbaralarını bir-bir atıb.

Ukrayna Milli Polisi hadisə ilə bağlı aşağıdakı açıqlamanı verib: “Bu gün saat 11:37-də parlament deputatının iclas zamanı Mukaçevo rayonundakı Keretski kənd şurasının binasına qumbara atması barədə polisə məlumat daxil olub. İlkin məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb.

Eyni bəyanatda yaralılardan altısının vəziyyətinin ağır olduğu bildirilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal