Ukraynanın şimal-şərqində yerləşən Xarkovda nasos yarımstansiyalarının enerjisi kəsilib, şəhərdə su təchizatında fasilələr yaranıb. Bu barədə şəhər meri İqor Terekhov məlumat verib.
“Nasos yarımstansiyalarında elektrik enerjisinin kəsilməsi səbəbindən şəhərdə artıq su təchizatında problemlər yaranıb”, o, Teleqram kanalında yazıb.
Terekhov əlavə edib ki, səhər saatlarında şəhərdə elektrik nəqliyyatı işləməyəcək. Avtobuslar işıqlandırma planına uyğun fəaliyyət göstərəcək.
Bundan əvvəl vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov bildirmişdi ki, şəhərdə azı 15 partlayışdan sonra Xarkov demək olar ki, tamamilə işıqsız qalıb. Onun sözlərinə görə, mühüm infrastruktur obyekti zədələnib.
Mənbə: mail.ru
Aynur Camal