Paşinyan Gürcüstanda səfərdədirbackend

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda səfərdədir.

“Yeni Gündəm”-in xəbərinə görə, N. Paşinyanı hava limanında Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani qarşılayıb.

N. Paşinyanın gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcəyi, həmçinin Hökumətlərarası İqtisadi Komissiyanın iclasında iştirak edəcəyi bildirilib.