Paşinyan Putinlə nəyi müzakirə edəcək?backend

Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlarda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 Noyabr 2020-ci il tarixli və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin, eləcə də regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır.

“Bundan əlavə, Avrasiya məkanında ikitərəfli əlaqələrin və inteqrasiya birliklərində qarşılıqlı əlaqələrin inkişafının aktual məsələləri müzakirə olunacaq”, – Kremlin məlumatında qeyd olunub.