Ermənistanın baş naziri və Avropa Şurasının prezidenti telefonla regiondakı mövcud hərbi-siyasi və humanitar vəziyyəti müzakirə ediblər.
“Yeni Gundem” erməni mətbuatına istinadən xəbər verir.
Paşinyan bildirib ki, Azərbaycanın Laçın yolunda atdığı addımlar Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və ermənilərin Qarabağdan tamamilə çıxarılmasına yönəlib. Bildirilir ki, “Baş nazir Azərbaycanın “hərəkətlərinə” beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası üçün fəal tədbirlərin görülməsinin vacibliyini vurğulayıb”.
Həmsöhbətçilər Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı da fikir mübadiləsi aparıb və regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl işin vacibliyini vurğulayıblar.