Paşinyandan “Azərbaycanla sülh sazişi” ilə bağlı açıqlamabackend

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu açıqlayıb.

Yerevanda keçirilən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) Nazirlər Toplantısında çıxış edən Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğunu bəyan edib.

Baş nazir Paşinyan bildirib ki, regionda nəqliyyat marşrutları ölkələrin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsiplərinə uyğun olaraq açılarsa, Ermənistan və Azərbaycan onların ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyacaq, Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyən ediləcək. 1991-ci il Almatı Bəyannaməsinin əsasını təşkil edən iki ölkə arasında yaxın gələcəkdə bir razılaşma olacaq.

Paşinyan bəyan edib ki, dekabrın 13-də Azərbaycanın 32 erməni əsgərini, Ermənistanın isə 2 Azərbaycan əsgərini azad etməsi sülh sazişinin imzalanması ehtimalını artırıb.

İclasda çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan sərhədlərdə Gümrü-Qars, Hrazdan-Kapan, Nrnadzor-Aqarak, Yerasx-Naxçıvan dəmir yollarını yenidən açmağa hazırdır.

Mənbə: İLKHA

Aynur Camal