Paşinyanın Dağlıq Qarabağ peşmançılığıbackend

“Rusiyadan yapışmaq səhv idi”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ölkəsinin İkinci Qarabağ müharibəsində məğlub olması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalar verib.

Paşinyan Ermənistanın müharibədə 99 faiz Rusiyadan asılı olduğunu və bunun ölkəsi adına strateji səhv olduğunu bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İkinci Qarabağ müharibəsində məğlubiyyəti ilə bağlı açıqlamalar verib.

Rusiyanı Qarabağ müharibəsində Ermənistanı Azərbaycana qarşı qoruya bilməməkdə günahlandıran Paşinyan “Ermənistanın təhlükəsizlik arxitekturası 99 faiz Rusiyadan, o cümlədən silah və sursat təchizatından asılı idi” deyib.

Rusiyanın Ukrayna müharibəsi üçün silah və sursata ehtiyacı olduğunu gördüklərini vurğulayan Paşinyan, “Belə olan halda Rusiyanın Ermənistanın təhlükəsizlik ehtiyaclarını istəsə belə qarşılaya bilməməsi başa düşüləndir. Bunun bir səhv olduğu göstərilməlidir” deyib.

Ermənistanın təhlükəsizliklə bağlı hazırlıqlarını şaxələndirməyə çalışdığını deyən Paşinyan Avropa İttifaqı və ABŞ ilə əlaqələrinə, regionun digər ölkələri ilə daha sıx əlaqələr qurmaq səylərinə toxunub.

İrəvanla Bakı arasındakı gərginlikdə vasitəçilik edən Moskva Paşinyanın bəyanatlarına hələ ki, cavab verməyib.

Mənbə: TGRT

Aynur Camal