Pensiya alanlara ŞAD XƏBƏRbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların dekabr ayı üzrə pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, həmin pensiyaçılar müvafiq bankların bankomatlarından pensiyalarını əldə edə bilərlər.