Pensiya alanların nəzərinəbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə mart ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, martın 15-də isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.