Pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit açıqlandıbackend

Pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit 4 min manat olacaq.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.