Bu gün Avstraliyanın Pert şəhərində meşə yanğınları baş verib. Yanğın zamanı indiyədək 1820 hektardan çox ərazi məhv olub.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Avstraliyanın Qərbi Avstraliya əyalətinin paytaxtı Pert şəhərinin şimalındakı şəhərətrafı ərazilərdə meşə yanğını davam edir. Yanğınsöndürənlərin gərgin səylərinə baxmayaraq, alov getdikcə genişlənir.
Qərbi Avstraliyanın baş naziri Rocer Kuk yanğında daha 8 evin yararsız hala düşdüyünü, yanan evlərin sayının isə 18-ə yüksəldiyini açıqlayıb.
Qərbi Avstraliya Yanğın və Təcili Xidmətlər Departamenti yanğın nəticəsində evlərinə ciddi ziyan dəyən və ya dağılanlara 4 min dollar, evləri cüzi dərəcədə zərər görənlərə isə 2 min dollar ödənəcəyini açıqlayıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal