Pərvanə İmanovaya yüksək vəzifə verildibackend

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub.

“Yeni Gündəm” xəbər verir ki, qurumun yeni mətbuat katibi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş redaktorunun müavini Pərvanə İmanovadır.

Qeyd edək ki, Pərvanə İmanova keçmiş mətbuat katibi Tural Müseyibovu əvəz edib.

Xatırladaq ki, Dövlət Dəniz Agentliyi Prezident İlham Əliyevin “Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında 12 yanvar 2018-ci il tarixli fərmanı ilə, 2001-ci ildən müstəqil icra hakimiyyəti qurumu kimi fəaliyyət göstərən Dövlət Dəniz Administrasiyasının bazasında yaradılıb. Agentlik ölkə ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.