Pərvin Abıyeva: “Nişanlımın acığına məşhur oldum“ – VİDEObackend

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı barədə danışıb.

“Yeni Gündəm” xəbər verir ki, 30 yaşlı aktrisa BAKU TV-yə müsahibəsi zamanı bu sənətə nişanlısının acığına gəldiyini etiraf edib:

“Uşaq vaxtı müğənni olmaq istəyirdim. Ama 16 yaşıma gəldim artıq həvəsim olmadı. Çünki həmin vaxt nişanlandım. Daha sonra ayrılıq oldu. Sırf onun acığına mən bu sənətə gəldim. Bir çox xoşagəlməyən hərəkətlərini görürdüm. Ona görə də, o nəyi qadağan edirdi, nəyə icazə vermirdi onu elədim. Məşhur olmağımı istəmirdi, onun acığına məşhur oldum. İtirdiyim bir şey var – ailə. Yaxşı ki, onunla evlənməmişəm, çox şükür. Qohumlarım məşhur olmağımı istəmirdi. Amma sonra mən məşhurlaşdıqca bunu qəbullandılar, hətta deyirdilər ki, Pərvini göstərsəydilər, baxardıq”.