Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mediada Vladimir Putinin ürək problemləri ilə bağlı yayılan məlumatları “daha bir yalan” adlandırıb.
Cənab Peskovun sözlərinə görə, Rusiya prezidenti ilə “hər şey yaxşıdır”. Mətbuat katibi cənab Putinin dublyorları ilə bağlı xəbərləri də “absurd kanardlar” adlandırıb.
“Sky News Australia” və “The Mirror” nəşrləri ilə bağlı mətbuata zəng zamanı prezidentin səhhətindəki problemlərlə bağlı açıqlama verən Dmitri Peskov deyib: “Onunla hər şey qaydasındadır, bu, tamamilə başqa bir yalandır”.
Mətbuat katibi Vladimir Putinin dublyordan istifadə etməsi ilə bağlı suala oxşar şəkildə cavab verib. “Deyə bilərəm ki, işə gələndə dublyor yoxdur və s. Bilirsiniz ki, bu, bir sıra KİV-lərdə qibtə olunası əzmkarlıqla müzakirə olunan absurd informasiya “kanardları” kateqoriyasına aiddir. Bu, əlbəttə ki, təbəssümdən başqa heç nəyə səbəb olmur”, – Dmitri Peskov bildirib.
Mənbə: mail.ru
Aynur Camal