Peskovdan yeni açıqlamabackend

Kreml istənilən ölkənin Ukraynadakı vəziyyəti nizamlamaq səylərini alqışlayır, əgər Türkiyə Kiyevə təsir göstərə və onu Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə sövq edə bilsə, bu, yalnız alqışlana bilər.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

“Biz Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Minsk razılaşmalarının Kiyev tərəfindən yerinə yetirilməsini dayandırması ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə bilsələr və onları əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə və öhdəlik götürməyə sövq edə bilsələr, bu, ancaq alqışlana bilər”, – deyə Kremlin sözçüsü vurğulayıb.