Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı – Makrondan skandal addımbackend

Fransa prezidenti Emmaunel Makronun başlatdığı islamafobiya ölkədə geniş yayılmaqdadır.

“Yeni Gündəm” xəbər verir ki, bu dəfə Makronun göstərişi ilə Həzrəti Məhəmmədi təhqir və müsəlmanları narahat edən karikaturalar hökumət binalarından asılıb. Makron ölkəsində yaşayan müsəlmanlara qarşı etdiyi psixoloji təzyiqləri və İslam dini əleyhinə başlatdığı kampaniyasını daha da genişləndirir. Bir müddət öncə fransız müəllimin bir müsəlman tərəfindən öldürülməsindən sonra Makron az qalıb ki, bütün İslam qurumlarına müharibə elan etsin.

Qeyd edək ki, Fransada yaşayan müsəlmanlar Makronun bu addımını sosial şəbəkədə boykot etməyə başlayıblar. Onlar öz profil şəkillərini Məhəmməd Peyğəmbərin fotosuyla əvəz ediblər.Moderator