Fələstin Xarici İşlər Nazirliyi Qəzza zolağında dağıntıların peykdən çəkilmiş şəkillərini dərc edib ki, bu da nazirliyin məlumatına görə, yaşayış məntəqələrinə edilən hücumların nəticələrini göstərir.
“Yeni Gundem” xəbər verir ki, Xarici İşlər Nazirliyi müvafiq kadrları X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yayıb.
Fələstin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Peykdən çəkilmiş görüntülər İsrailin təcavüzün əvvəlindən Qəzza zolağında yaşayış məntəqələri və məhəllələrə intensiv reydlərinin törətdiyi böyük dağıntıların miqyasını göstərir”.
Bundan əvvəl BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Bürosu (OCHA) Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri Qəzza zolağının 263,9 mindən çox sakininin evlərini tərk etdiyini açıqlamışdı. İdarə qeyd edir ki, məcburi köçkünlərin sayı artmaqda davam edəcək.
Mənbə: Lenta.Ru
Aynur Camal