Peyvənd olunanların sayı açıqlandıbackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 81690 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44622, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4714039, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2731114, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1982925 təşkil edir.