Göyərtəsində 30 sərnişinin olduğu təyyarə Rusiyanın Yakutiya vilayətində hava limanının yanındakı donmuş çaya enib.
Rusiyanın Yakutiya vilayətində Yakutsk-Zıryanka-Srednekolımsk marşrutu ilə uçan, keçmiş Sovet İttifaqından olan Polar Hava Yollarına məxsus AN-24 tipli sərnişin təyyarəsi Zıryanka hava limanının yanındakı donmuş Kolima çayına enib.
Rusiya Federal Aviasiya Agentliyindən verilən açıqlamada sərnişinlərin təhlükəsiz şəkildə təxliyyə edildiyi, xəsarət alan olmadığı və təyyarəyə ziyan dəymədiyi bildirilib.
Həmçinin bildirilib ki, hadisə yerinə ekspert qrupları göndərilib və ilk məlumatlara görə çaya eniş pilot səhvi ucbatından olub və pilot uçuş-enmə zolağı əvəzinə donmuş çaya düşüb. Təyyarədə 30 sərnişin və 4 ekipaj üzvü olduğu bildirilib.
Yerli media bildirir ki, pilot donmuş qarla örtülmüş çayı uçuş-enmə zolağı ilə səhv salıb və yerə enib.
Şərqi Sibir Aviasiya Prokurorluğu və Yakutiya Nəqliyyat Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal