Pilotlar yuxuya getdi və təyyarə kursdan çıxdı!backend

İndoneziyada yerləşən Batik Hava Yollarına məxsus təyyarədə pilotlar yuxuya gedib. Pilotların 28 dəqiqə yatması səbəbindən təyyarə kursdan çıxıb. İndoneziyanın Batik Hava Yollarının pilotları son uçuşu zamanı yuxuya gediblər. Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Baş direktoru Kristi Endah Murni hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinin (KNKT) şənbə günü dərc etdiyi ilkin hesabatda, yanvarın 25-də Kendaridən paytaxt Cakartaya gedən təyyarənin hər iki pilotunun uçuş zamanı 28 dəqiqə yatdığı bildirilib.

Xəbərdə pilotlar yatarkən təyyarənin marşrutdan kənara çıxdığı və hadisə nəticəsində heç kimin zərər görmədiyi bildirilib. KNKT-nin xəbərində bildirilib ki, ikinci pilot uçuşdan əvvəl kapitan pilota kifayət qədər dincələ bilmədiyi barədə məlumat verib.

İkinci pilotun insidentdən əvvəl təxminən yarım saat yatdığı, təyyarənin kruiz hündürlüyünə çatdıqdan sonra kapitanın dincəldiyi və təyyarənin idarə edilməsini ikinci pilota həvalə etdiyi qeyd edilib. Havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra idarəetməni ələ keçirən ikinci pilotun istəmədən yuxuya getdiyi bildirilib.

Bildirilib ki, pilot kabinəsi ilə son əlaqədən 12 dəqiqə sonra Cakartadakı idarəetmə mərkəzi pilotlarla danışmağa çalışsa da, təyyarədən cavab almayıb. Sonuncu əlaqədən 28 dəqiqə sonra kapitan ayılıb və təyyarənin düzgün marşrutda olmadığını anlayıb və idarəetmə mərkəzi ilə əlaqə saxlayıb.

Bildirilib ki, kapitan pilot ilk çıxışında idarəetmə mərkəzinə onlarda “radio rabitə problemi” olduğunu, lakin problemin həll edildiyini bildirib.

KNKT-nin xəbərində ikinci pilotun bir aylıq əkiz körpələrinin olduğu və körpələrə qulluq etmək üçün gecələr bir neçə dəfə oyanmalı olduğu bildirilib. Xəbərdə pilotların adları açıqlanmasa da, kapitan pilotun 32, ikinci pilotun isə 28 yaşında olduğu bildirilib.

Mənbə: TGRT

Aynur Camal