Pilotsuz təyyarə ilə İsrail əsgərlərinə hücum edildibackend

İzzəddin Əl-Qəssam Briqadaları Beyt Hanunda İsrail əsgərlərinə pilotsuz təyyarə ilə hücum etdikləri görüntüləri paylaşıblar.

İsrail ilə HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadaları arasında qarşıdurmalar oktyabrın 7-dən davam edir.

Qəzzada mülki yaşayış məntəqələrini hədəfə alan İsrail 26 gün ərzində minlərlə günahsız dinc sakini qətlə yetirib.

İsrail əsgərlərinə pilotsuz təyyarə ilə hücum

“Yeni Gundem” xəbər verir ki, Qassam Briqadaları vaxtaşırı sosial mediada İsrailin bu hücumlarına cavab verən görüntülərini dərc edirlər.

Qəzzanın Beyt Hanun şəhərindən paylaşılan yeni görüntülərdə Qəssam Briqadalarının İsrail əsgərlərinə pilotsuz təyyarə ilə hücumu əks olunub. Pilotsuz təyyarədən atılan bomba ilə İsrail əsgərlərinin qaçdığı və yaralananların olduğu görülüb.

Mənbə: EnSonHaber

Aynur Camal